İraqda musiqi və teatr sənətinin tədrisinə qadağa
29 Dekabr 2010 Çərşənbə 11:45
Bağdad İncəsənət İnstitutuna tapşırıq verilib
İraqın paytaxtı Bağdad şəhərində yerləşən İncəsənət İnstitutunda musiqi və teatr sənəti dərslərinin keçirilməsinə qadağa qoyulub. Bağdad İncəsənət İnstitutunun dekan müavini Falah-əl-Müsədinin sözlərinə görə, bununla bağlı İraq Təhsil Nazirliyi İnstitut rəhbərliyinə tapşırıq verib.

Dekan müavini hakimiyyətin bu qərarının İncəsənət İnstitutu üçün “ölüm”ə bərabər olduğunu da bildirib. Onun sözlərinə görə, bu qərarın çıxarılmasında İraqı orta əsrlərə qaytarmaq istəyən dini partiyanın da rolu az olmayıb. Bağdad İncəsənət İnstitutunda isə gələcəkdə ali təhsil ocağında rəssamlıq və heykəştəraşlığın da tədrisinə qadağa qoyula biləcəyindən ehtiyatlanırlar.

Xatırladaq ki, bu ilin sentyabr ayında İraqda baş tutmalı olan beynəlxalq mədəniyyət festivalı da keçirilməmişdi. Bəzi ehtimallara görə, İraqda cəmi beş kinoteatr fəaliyyət göstərir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar