İraqda “Əl Qaidə” liderləri asılacaq
17 Mart 2011 Cümə Axşamı 01:04
Hərəkatın altı lideri edam cəzasına məhkum edilib
Bağdadda “Əl Qaidə” hərəkatının altı rəhbəri barəsində asılmaqla edam cəzası çıxarılıb. Məlumatı İraqın dövlət televiziyası “İraqiyyə” yayıb. Telekanalın məlumatına görə, İraqın Cinayət İşlər üzrə Ali Məhkəməsi cinayətkar Münaf əl-Ravi və beş köməkçisinin asılması barədə dekret qəbul edib. Əl Radi və dostları son iki il ərzində Bağdadda ən qanlı terror aktlarını törətməkdə təqsirli bilinirlər.
Məlumata görə, Münaf əl-Ravi Bağdaddakı ötel, səfirlik, məscid, kilsə və seçki məntəqələrində partlayışlar təşkil edib.
Bu arada isə İraq təhlükəsizlik qüvvələri “Əl Qaidə”nin 28 üzvünün həbs edildiyi barədə məlumat yayıb. Həbs olunanlar arasında “İraq islam dövləti” terror qruplaşmasının “ictimaiyyətlə əlaqələr üzrə nazir”i də var.
DOSTLARINLA PAYLAŞ: