İraqda “Əl Bağdadiyyə” telekanalının fəaliyyəti dayandırıldı
02 Noyabr 2010 Çərşənbə Axşamı 01:30
Əl Bağdadiyyə telekanal rəhbərliyi xristian kilsəsini ələ keçirən terrorçularla əlaqədə şübhəli bilinir.
İraqda müstəqil “Əl Bağdadiyyə” telekanalının fəaliyyəti dayandırılıb. Telekanalın nümayəndələri bildirmişdilər ki, bazar günü Bağdadda xristian kilsəsini ələ keçirən silahlılar onlarla əlaqə yaradaraq, danışıqlara hazır olduqlarını bəyan ediblər. Bundan sonra hökumət qoşunları teleşirkətin binasını tutublar, telekanalın direktoru isə terrorçularla əlaqə şübhəsi ilə saxlanılıb.
İraq hakimiyyəti bəyan edib ki, silahlılar girovları öldürməklə hədələdiklərindən, ələ keçirilmiş kilsəyə hücum qərarı qəbul edilib. Əməliyyat zamanı 52 nəfər ölüb, 60 adam yaralanıb. Girovların əksəriyyətinin silahlılar tərəfindən, yoxsa, hökumət qoşunlarının keçirdiyi əməliyyat zamanı öldürüldüyü hələlik məlum deyil. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: