İraqda dəhşətli terror: 62 ölü, 204 yaralı
13 İyun 2012 Çərşənbə 14:39
Partlayışların hədəfi şiələr olub
İraqın 6 fərqli bölgəsində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 62-yə, yaralıların sayı isə 204-ə çatıb. Bu partlayışların hədəfi Bağdadda imam Musa Kazımın ölümünün ildönümünü qeyd edən şiələr olub.
Əvvəlcə İraqın cənubundakı Hilla şəhərində partlayıcı ilə dolu iki avtomobil partladılıb. Daha iki partlayış isə ölkənin şimalında yerləşən, əhalisi əsasən şiələrdən ibarət olan Baladda baş verib.
Bu, son 3 gün ərzində İraqda şiələrə qarşı ilk hücum deyil. Bir neçə gün əvvəl də Bağdadda şiə ziyarətgahına toplaşan zəvvarlar minaatandan atəşə tutulmuş, 4 nəfər ölmüşdü.
DOSTLARINLA PAYLAŞ: