İraqda da "Milyonların yürüşü" olacaq?
14 Fevral 2011 Bazar Ertəsi 20:07
Şiələrin lideri əhalini ayağa qalxmağa çağırıb
İraq şiələrinin lideri Müqtəda əl-Sadr öz tərəfdarlarını və İraq vətəndaşlarını “Milyonların yürüşü”nü təşkil etməyə çağırıb. Şiə lideri ərəb ölkələrində hökm sürən kütləvi xalq etirazları fonunda işğal və dözülməz həyat şəraitinə etiraz olaraq nümayişlərin keçirilməsini təklif edib.
Qeyd edək ki, Müqtəda əl-Sadrın bəyanatında aksiyanın dəqiq tarixi qeyd edilməyib. Lakin bildirilir ki, bu, zülmə məruz qalanların zülm edənlərə qarşı nümayişi olacaq və bu aksiya tamamilə dinc xarakter daşıyacaq.
M. əl-Sadr eyni zamanda bu niyyətinin Tunis və Misirdə baş verən son hadisələrlə bağlı olduğunu da gizlətmir. Məhz buna görə də iraqlı şiə lideri əmindir ki, hökumət xalqın tələbləri ilə razılaşacaq.
Artıq son iki həftə ərzində Bağdad və İraqın bir neçə şəhərində həyat şəratinin yaxşılaşdırılması tələbi ilə nümayişlər keçirilir.
DOSTLARINLA PAYLAŞ: