İraqda 6 il ərzində 66 min dinc sakin qətlə yetirilib
23 Oktyabr 2010 Şənbə 11:45
“WikiLeaks” dünyanı bir-birinə vuran növbəti məxfi materiallar dərc edib.
“WikiLeaks” saytı ABŞ-ın İraqda apardığı müharibə ilə bağlı təqribən 400 min məxfi material dərc edib. ANS PRESS-in “ABCnews”a istinadən verdiyi xəbərə görə, onların bəzilərində minlərlə iraqlı məhbusun dəhşətli şəkildə təhqir edilməsi halları təsvir olunur.

Məlumata görə, Amerika hərbçiləri İraqda baş verən zorakılıq və qətllərdən xəbərdar olublar, lakin heç nəyi araşdırmayıblar. Açıqlanan sənədlərdə 6 il ərzində İraqda (2004-cü il yanvar-2009-cü il dekabr) 66 min 81 mülki şəxsin həlak olduğu bildirilir.

Saytın məlumatına görə, bu dövr ərzində ümumilikdə İraq müharibəsində 109 min nəfər həlak olub.

“WikiLeaks”ın təsisçisi və baş redaktoru Culian Assancın sözlərinə görə, İraqdakı qırğınlar miqyasına görə Əfqanıstanın dinc əhalisi arasında qeydə alınan ölüm sayını beş dəfə üstələyir.

Rəsmi Vaşinqton artıq yayılan məlumatlara reaksiya verib. ABŞ-ın baş katibi Hillari Klinton dünən axşam bəyanatla çıxış edərək açıqlanan məxfi materialları sərt şəkildə pisləyib. Onun fikrincə, bu materiallar amerikalılar və NATO üzrə tərəfdaş ölkələr üçün təhlükə yaradır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar