İraqda paytaxt Bağdadın alış-veriş yerləri və yol kənarlarına edilən altı bomba hücumu 16 adamın ölümünə və 1001 insanın yaralanmasına səbəb olub.
Bağdad polisinin mətbuat xidmətinin başçısı Qasım Musəvinin sözlərinə görə, bomba hücumları 2 milyon şiənin yaşadığı Sədr rayonunda, Hüseyniyyə bölgəsində və cənubdakı Dura bazar yerlərində gerçəkləşdirilib. /ANS PRESS/