Bu gün İraqda 11 şiə zəvvarı oğurlanıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, zəvvarlar dini bayramı qeyd etmək üçün şiələrin müqəddəs ziyarət yerlərindən olan Kərbala şəhərinə gedərkən silahlı şəxslər tərəfindən oğurlanıb.
İraq polisinin verdiyi məlumata əsasən, silahlı şəxslər zəvvarlarla yanaşı onları aparan mikroavtobusu da ələ keçirib.
Qeyd edək ki, hadisə Əl-Hill və Kərbala şəhərləri arasındakı yolda baş verib. İnsidentin təfərrüatları barədə heç bir məlumat yoxdur. /ANS PRESS/