İraq yenidən silahlanır
05 Dekabr 2009 Şənbə 21:00
İraq yenidən silahlanır. Ərəb ölkəsi bu istiqamətdə Ukrayna ilə iş birliyinə girib.
Ukrayna İraqa silah tədarük edəcək. Bu barədə ölkənin kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bildirilir.

İraqın alacağı silahların dəyəri 2,4 milyard dollar təşkil edəcək. Bununla əlaqədar artıq üç müqavilə imzalanıb, bir sıra müqavilələr isə müzakirə mərhələsindədir.

Qeyd edək ki, bu, Ukrayna tarixində ən böyük sifariş hesab olunur. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar