İraq parlamentinə yeni spiker seçildi
12 Noyabr 2010 Cümə 00:40
Sünni icmasının nümayəndəsi deputatların etimadını qazanıb.
İraq parlamentinə sünni Üsəma əl-Nəceyfi sədr seçilib. O, marın 7-də keçirilmiş parlament seçkilərinin qalibi olan “Əl İraqiyyə” blokunu təmsil edir. Üsəma əl-Nəceyfinin lehinə 227 deputat səs verib. O, İraqın sünni icmasının geniş dəstəyinə malikdir.

Qeyd edək ki, İraq parlamenti bu gün son səkkiz ay ərzində ilk iclasını keçirib. İclasda 325 deputatdan 295-i iştirak edib.

Deputatlar spikerlə yanaşı, onun iki müavinini, ölkənin baş nazirini və prezidentini seçməlidirlər. Prezident vəzifəsi yenə kürdlərin əlində olacaq, baş nazir vəzifəsinə isə bu dəfə də fəaliyyətdə olan Nuri əl-Maliki seçiləcək. Əsas vəzifələrin bölgüsü barədə razılaşma aparıcı siyasi blokların görüşündə əldə edilib. Təqdim olunmuş namizədlərin parlament tərəfindən təsdiqi hökumətin formalaşdırılması istiqamətində ilk addım olacaq. Amma yekun tərkib hələlik müəyyən edilməyib. Onun razılaşdırılması üçün bir neçə həftə lazım olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar