İraq müharibəsində 110 min nəfər həlak olub, bunun 66 min nəfəri dinc sakindir
23 Oktyabr 2010 Şənbə 10:15
Nüfuzlu “WikiLeaks” layihəsi Pentaqonun İraqla müharibəyə aid 400 minədək sənədini dərc edib.
“İraq dosye”si adlanan sənəd layihənin saytında yerləşdirilib. Sənədlərdə, əsasən İraq müharibəsində bütün həlak olan və zərərçəkənlər haqqında məlumatlar əksini tapıb.

Məlumatda deyilir ki, ABŞ hərbi qurumu hərbi əməliyyatlar dövründə 110 min nəfərin həlak olduğunu açıqlayıb. Bunun 63%-i – 66 min nəfəri dinc sakindir. Ümumilikdə isə 285 nəfər zərər çəkib.

“İraq dosyesi” 2003-cü ilin martından 2009-cu ilin sonuna qədər olan dövrü əhatə edir.

Bundan başqa, materiallarda İraq polisi və hərbçiləri tərəfindən tutulan şəxslərin işgəncələrə məruz qaldığı açıqlanıb. Bu hadisələrin əksəriyyəti araşdırılmayıb, günahkarlar cəzasız qalıblar.

Sənəddə “Blackwater”(sonradan adı dəyişdirilərək XE edilib) mühafizə müəssisəsinin əməkdaşlarının dinc sakinlərə dəfələrlə atəş açmaları da qeyd olunub.

Qeyd edək ki, Pentaqon artıq bu materialların dərc olunmasının Amerika hərbçiləri ilə yanaşı, NATO qüvvələri ilə əməkdaşlıq edən, adı açıqlanan sənəddə qeyd olunmuş iraqlılar üçün də ciddi problem yaradacağını bəyan edib. apa


DOSTLARINLA PAYLAŞ:

oyunlar