İraq işğalının tükürpərdici nəticələri açıqlanıb
07 Yanvar 2010 Cümə Axşamı 00:45
Məlum olub ki, işğal olunduğu 6 il ərzində İraqda 100 min günahsız insan ölüb
İraqın 2003-cü ilin mart ayında ABŞ hərbçiləri tərəfindən işğal edilməsindən sonra bu ölkənin vətəndaşı olan 100 min günahsız insan bu işğalın qurbanı olub. “Reuters” xəbər agentliyinin hazırladığı araşdırma nəticələrinə görə, işğal tarixindən sonra İraqda 94 min 939 ilə 103 min 588 mülki vətəndaş, 4 min 900 ilə 6 min 375 iraqlı hərbçi ölüb. Bundan başqa İraqda davam edən müharibədə 4 min 372 Amerika, 179 ingilis və 139 nəfər başqa ölkələrə aid hərbçi həlak olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: