İraq hökuməti ikinci dəfə İran prezidenti seçilən Mahmud Əhmədinejada pis münasibətlərdə olduğu ölkələrlə barışmağı tövsiyə edib. ANS PRESS-in “BBC”yə istinadən yaydığı xəbərə görə, İraq hakimiyyətinin bəyanatında konkret dövlətlərin adi açıqlanmır. Lakin aydındır ki, burada ABŞ-a işarə olunur.
Xatırladaq ki, ABŞ-ın dövlət katibi ölkəsinin İrandakı seçkiləri diqqətlə izlədiyini və Əhmədinejadın seçilməsinin İran xalqının iradəsinin həqiqi izharı olduğuna ümid edib. /ANS PREES/