İranlıların təxminən 70 faizi molla rejiminə qarşı çıxış edir
20 İyun 2009 Şənbə 23:10
İsrailin strateji məsələlər üzrə naziri : "Hazırda İranda baş verənlər Qərb üçün siqnaldır"

İsrailin strateji məsələlər üzrə naziri Moşe Yaalon bildirib ki, İranda prezidentliyinə namizəd olmuş Mir Hüseyn Musəvi insanlarda yeni ideyalar formalaşdırıb. ANS PRESS-in “MİGnews”a istinadən verdiyi xəbərə görə, Yaalon qeyd edib ki, bu, nəticədə İran İslam Respublikasında inqilaba gətirib çıxaracaq.

İsrail ordusunun Baş Qərargahının keçmiş rəisi bununla yanaşı əlavə edib ki, etiraz aksiyalarının yeni dalğası çətin ki, İranın nüvə proqramına əhəmiyyətli təsir göstərsin.

“Mən hələ hərbi kəşfiyyatın rəhbəri olarkən demişdim və indi də deyirəm ki, iranlıların təqribən 70 faizi ayətulla rejiminə qarşı çıxış edir”, - deyə Yaalon bildirib.

Moşe Yaalon hesab edir ki, İranda mövcud rejim çökəcək və hazırda bu ölkədə baş verənlər Qərb üçün bir siqnaldır.

“Bu, cihadçılıq və Qərb arasındakı münaqişədir”,- deyə o bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar