İranlı rejissor həbsxanada aclıq aksiyasına başlayıb
20 May 2010 Cümə Axşamı 04:40
Pənahi keçən bazar günü dindirilməyə aparıldığını, o gündən bəri də heç bir şey yemədiyini bildirib.
İranda martın 1-də saxlanılan müxalifətçi rejissor Cəfər Pənahi aclıq aksiyasına başlatyıb. Ölkə müxaliflərinə aid “Jaras” saytının yaydığı məlumata görə ailəsi ilə telefonla danışan Pənahi keçən bazar günü dindirilməyə aparıldığını, o gündən bəri də heç bir şey yemədiyini bildirib.

Pənahinin həyat yoldaşı ərinin vəkillə görüşdürülməsini və məhkəməyə qədər barəsində olan həbs-qətimkan tədbirinin ləğv olunmasını tələb etdiyini bildirib.

Qeyd edək ki, “Çikaqo”, “Kann” və “Berlin” kino festivallarında mükafatla təltif olunmuş Pənahi həyat yoldaşı və qızı ilə birlikdə polis tərəfindən saxlanılmış, daha sonra yoldaşı və qızı azad edilsə də özü Tehran həbsxanasına göndərilmişdi.

Bundan başqa bu il keçirilən 63-cü Beynəlxalq Kann kino festivalına münsiflər heyəti qismində dəvət olunan Pənahi həbsdə olduğu üçün festivalda iştirak edə bilməmişdi.

Fransa xarici işlər naziri Berard Kuşner və mədəniyyət naziri Federik Mitterrand isə İrana qarşı səsləndirdikləri müştərək müraciətdə Cəfərinin azadlığa buraxılmasını tələb etmişdi.

Xatırladaq ki, Cəfər Pənahi keçən il iyun ayında keçirilən prezident seçkilərində müxalifət lideri Mir Hüseyn Musəviyə dəstək vermişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar