İranlı nazir qəzaya düşüb
02 Avqust 2012 Cümə Axşamı 12:27
Bu ölkənin yollar və şəhərsalma naziri Əli Nikzad hazırda xəstəxanadadır.
İranın yollar və şəhərsalma naziri Əli Nikzad qəzaya düşüb. ANS PRESS-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər yayıb.

Nikzad bu gün səhər Firuzkuh şəhərindən Dəmavənd şəhəri istiqamətinə gedərkən avtomobilinin qabaq təkəri partlayıb. Nazirin sürücüsü idarəetməni itirib və avtomobil aşıb.

Hazırda Əli Nikzad xəstəxanadadır, onun vəziyyətinin normal olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar