İranlı nazir polis tərəfindən saxlanıldı
28 İyun 2012 Cümə Axşamı 06:55
Əli Əkbər Salehi Avropada arzuolunmaz şəxslər siyahısında olduğu üçün yunan Kiprinin polisləri onu saxlayıb.
Yunan Kipri xarici işlər nazirinin dəvəti ilə bu ölkəyə səfər edən İran xarici işlər naziri Əli Əkbər Salehi Larnaka hava limanında terrorla mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yerli mətbuat Salehinin Avropada arzuolunmaz şəxslər siyahısında olmasını hadisəyə səbəb kimi göstərib.

Qeyd edək ki, daha sonra Kipr yunan respublikası rəsmilərinin səyləri ilə Əli Əkbər Salehi azadlığa buraxılıb.

İranın Türkiyədəki səfirliyi məsələdən xəbərsiz olduqlarını bildirsə də məlumat təkzib edilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar