İranlı nazir: İsraillə müharibəyə hazırıq
03 Noyabr 2011 Cümə Axşamı 12:45
İran İsraili gözlənilmədən cəzalandıracağını deyib.
İran İsraillə müharibəyə hazırdır. Belə bir bəyanatla İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində deyib.
“İsrail bütün vaxtlar İranı hədələyir, burada yeni heç nə yoxdur”,- deyən Salehi xüsusi olaraq İsrailə xəbərdarlıq edib. O, deyib ki, İran istənilən təcavüzkar cəhdə sərt cavab verəcək: “Biz özümüzə çox əminik və ölkəmizin müdafiəsinə hazırıq”.
Xatırladaq ki, bir müddət əvvəl İran ordusunun komandiri, general Həsən Firaz Abadi İsrail KİV-də İranın nüvə obyektlərinə mümkün zərbələrin edirilməsi ilə bağlı yazılan məlumatlara kəskin cavab vermişdi: “Ölkəmizə qarşı istənilən təhlükə olarsa, İran İsraili cəzalandıracaq, özü də gözlənilmədən cəzalandıracaq”.
DOSTLARINLA PAYLAŞ: