İranlı hakerlərdən ABŞ, Fransa və Britaniya saytlarına hücum
30 Avqust 2010 Bazar Ertəsi 18:35
Təqribən 1000-ə yaxın dövlət saytına hücum olub.
İranlı hakerlər ABŞ, Fransa və Britaniyanın 1000-ə yaxın dövlət saytını sındırıblar. Özlərini "ASHİYANE Grup" adlandıran haker qrupu hücumu İranda terrorizmlə mübarizə günündə həyata keçirib.
Haker qrupunun rəhbəri Bəhruz Kamaliyanın sözlərinə görə, bu haker hücumu 30 avqust 1981-ci ildə öldürülən İran prezidenti Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bəhonərin öldürülməsi ilə bağlıdır. O bildirib ki, münafiqlər tərəfindən həyata keçirilən bu qətllərin ildönümü ilə bağlı bu terror qruplaşmalarının himayədarları olan ABŞ, Fransa və Britaniyanın 1000-ə yaxın dövlət saytı sındırılıb.
“Biz həmin saytların əsas səhifəsində şəhid Əli Rəcai və şəhid Bəhonərin şəkillərini, "ASHİYANE Grup"un fars və ingilis dillərində etirazlarını yerləşdirmişik”,-deyə haker qrupunun rəhbəri bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: