İraqın hökumət qoşunları iranlı qaçqınların düşərgəsini ələ keçirib. Düşərgə sakinləri əsgərləri əməliyyət zamanı dinc adamlara qarşı zor tətbiq etdiklərini bildiriblər. Onlarla adamın xəsarət alması barədə məlumatlar var.
İraq hökuməti əvvəlcədən vəd etmişdi ki, “Əşrəf” düşərgəsi bağlanacaq. Orada son 20 il ərzində iranlı dissidentlər sığınacaq tapmışdılar. Tehranla münasibətlərini korlamaq istəməyən rəsmi Bağdad onları İrana qaytarmaq və ya üçüncü ölkəyə ötürmək niyyətindədir.
Düşərgədə 3500 nəfər ABŞ ordusunun nisbi müdafiəsi altında yaşayıb. Lakin indi İraqın daxili qoşunları düşərgəni öz nəzarəti altına alıb. /ANS PRESS/