İranlı diplomatlar Avropadan sığınacaq istəyir
18 Fevral 2010 Cümə Axşamı 23:30
Artıq Norveç hökuməti Muhəmməd Reza Heydariyə siyasi sığınacaq verib
Norveç hökuməti iranlı diplomata siyasi sığınacaq verib. Belə ki, bu ilin 7 yanvar tarixində İran hökumətinin ölkə müxalifətinə qarşı yürütdüyü siyasətə etiraz əlaməti olaraq İranın Norveçdəki səfirliyinin keçmiş konsulu Muhəmməd Reza Heydari istefa verib və Norveçdən siyasi sığınacaq istəyib.

Qeyd edək ki, Heydəri İranın Oslodakı səfirliyində təxminən iki il çalışıb. Buna qədər isə o, Gürcüstan və Almaniyada çalışıb.

Bu arada “Əl-Ərəbiya” telekanalının məlumat yayıb ki, daha 27 iranlı diplomat Avropa ölkələrindən siyasi sığınacaq istəyib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar