İranla Rusiya nefti birgə axtaracaq
12 İyul 2010 Bazar Ertəsi 21:05
Tehran və Moskva 30 illik əməkdaşlıq proqramını müəyyənləşdirəcək.
Rusiya və İran energetika sahəsində əməkdaşlıq edəcək. İranın neft naziri Məsud Mirkazeminin iyulun 14-də Moskvaya birgünlük səfəri çərçivəsində Rusiyanın energetika naziri Sergey Şmatko ilə görüşəcəyi bildirilir. İran kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, səfər çərçivəsində İranla Rusiyanın energetika sahəsindəki əməkdaşlıq üçün “yol xəritəsi” layihəsinə dair razılaşma imzalanaq.
Ehtimal edilir ki, “yol xəritəsi” 30 il müddətində iki ölkə arasında əməkdaşlıq proqramını müəyyənləşdirəcək. İranın Neft Nazirliyinin nümayəndəsi Hüseyn İsmailinin sözlərinə görə, müvafiq sövdələşmə İran sərmayədarlarına Rusiyanın neft-qaz sənayesinə sərmayə yatırmağa imkan verəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: