İranla Gürcüstan arasında viza rejimi ləğv olunacaq
23 May 2010 Bazar 11:55
İranla Gürcüstan arasında viza rejimi ləğv olunacaq. Bunu ANS-ə müsahibəsində İranın xarici işlər nazirinin müavini Ramin Mehmanpərəst deyib.
"İranla Gürcüstan arasında yaxın zamanlarda viza rejimi ləğv olunacaq. Bununla yanaşı, Gürcüstanın Batum şəhərində İranın konsullğu açılacaq, həm də İranla Gürcüstan arasında birbaşa hava reysi işə salınacaq". İranın xarici işlər nazirinin müavini Ramin Mehmanpərəst Gürcüstana ikigünlük səfərinin yekunları ilə bağlı ANS-ə müsahibəsində belə deyib.
İranlı diplomat yaxın gəlcəkdə İran prezidenti Mahmud Əhmədinejatın Gürcüstana rəsmi səfərinin baş tutmasının mümkünlüyünü də dilə gətirib: "Gürcüstanın baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətin İrana səfərini gözləyirik. Bundan sonra isə İranın xarici işlər naziri Gürcüstana səfərə gələcək. Bununla yanaşı, biz başqa səfər proqramlarını da hazırlıyacağıq. Gürcüstan prezidenti Mixail Saakaşvili bildiyiniz kimi artıq İran İslam Respublikasının prezidenti Əhmədnejatı Gürcüstana dəvət edib. Biz bu səfərin gələcəkdə baş tutması üçün proqramın hazırlanması və detallarının öyrənilməsi üçün işlərə başlayacağıq".
İranlı rəsmi təmsil etdiyi ölkənin Gürcüstanla iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığı genişlədirmək istədiyini bildirib. O həmçinin İran şirkətlərinin Gürcüstanda əsasən kənd təsərrüfatı və enerji sahəsinə investisiyalar qoymağa maraq göstərdiklərini də deyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: