İranın zəlzələ olub
06 Noyabr 2010 Şənbə 20:25
İranın zəlzələ olub. Hadisə nəticəsində 80 adam müxtəlif dərəcəli xəsarət alıb.
Bu gün İranın üç əyalətində zəlzələ olub. "İRNA"nın yaydığı məlumata görə, ilk yeraltı təkanlar Loristan əyalətinin Durud şəhərində qeydə alınıb. Səhər saatlarında baş verən zəlzələnin gücü rixter şkalası üzrə 4,9 bal gücündə olub. Nəticədə bəzi evlərdə dağıntılar olub, 80 adam yaralanıb. Onların 55 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Hadisə ilə bağlı 25 nəfər xəstəxayaya yerləşdirilib.
Digər yeraltı təkanlar (4,2) isə Məşhəd və Qərbi Azərbaycan əyalətlərində qeydə alınıb. Bu bölgədə dağıntı və tələfat olmadığı bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: