İranın yeganə qadın naziri istefaya göndərildi
28 Dekabr 2012 Cümə 06:08
Səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi ötən həftə dövlətin büdcə siyasətini tənqid etmişdi.
İran İslam respublikasının yeganə qadın naziri Mərziyə Vahid Dəstcerdi tutduğu vəzifədən kənarlaşdırılıb. Bu barədə məlumatı yayan İran dövlət televiziyası ölkə prezidenti Mahmud Əhmədinejadın səhiyyə naziri Dəstcerdininin işinə son verdiyini bildirib.

Xatırladaq ki, ötən həftə dərman üçün ayrılan vəsaitin az olduğunu deyən səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi ev heyvanlarının yemi üçün büdcə ayıran İran Mərkəzi Bankını tənqid etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar