İranın vurulmasına ABŞ-dan yaşıl işıq
06 İyul 2009 Bazar Ertəsi 10:10
"İranın nüvə təhdidinin ortadan qaldırılması üçün hərbi müdaxilənin vacibliyinə inandığımız təqdirdə İsrailin yoluna çıxmarıq"

 

"İranın nüvə təhdidinin ortadan qaldırılması üçün hərbi müdaxilənin vacibliyinə inandığımız təqdirdə İsrailin yoluna çıxmarıq". CNN Türk-ün məlumatına bunu ABŞ-ın vitse-prezidenti Co Bayden deyib.

ABC televiziyasındakı "This Week" adlı proqramda çıxış edən Bayden ABŞ-ın, başqa bir müstəqil ölkəyə nə edib etməyəcəyini söyləyə bilməyəcəyini, İsrailin, özü üçün ən yaxşı olan qərara özünün vara biləcəyini, istər İran, istərsə də digər mövzularda qərarın İsrail rəhbərliyinə aid olduğunu söyləyib.

Qeyd edək ki, İsrail və ABŞ, İranı nüvə enerji proqramı pərdəsi altında silah inkişaf etdirməyə çalışmaqda günahlandırırlar.
İsrail, İranı ən təhlükəli düşməni olaraq qəbul edir. İran prezidenti Mahmud Əhmedinejad isə verdiyi şərhlərdə İsrailin dünya xəritəsindən silinməsinin lazım olduğunu söyləyib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar