İranın sonuncu şansı
14 May 2010 Cümə 18:20
Dmitri Medvedev hesab edir ki, Braziliya prezidentinin missiyası Tehranın axırıncı imkanıdır.
Braziliya dövlət başçısı Lulu da Silvanın Tehrana səfəri İran üçün sonuncu şans ola bilər. Bunu Rusiya prezidenti Dmitri Medvedev Braziliyada keçirilən mətbuat konfransında deyib. Rusiya dövlət başçısının fikrincə, Braziliyanın missiyası İranın nüvə proqramına dair mövqeyinin dəyişməsi üçün sonuncu şans ola bilər: “Mən hesab edirəm ki, Braziliya prezidentinin İrandakı missiyası uğurla başa çatacaq. Bəlkə də, bu, İrana qarşı BMT Təhlükəsizlik Şurasının qəbul edəcəyi məşhur qadağalar öncəsi sonucu imkandır. Əgər İranı “Altılığ”ın təklif etdiyi məşhur təkliflərə uyğun olaraq əməkdaşlığa cəlb etmək mümkün olsa, bu, olduqca yaxşı olar və biz prezident Luluya uğurlar arzulayırıq”.

Medvedev qeyd edib ki, ötən gün o, ABŞ prezidenti ilə bu məsələni müzakirə edib. "Mən bildirdim ki, İranla əməkdaşlığa başlamaq üçün Braziliya prezidentinə bütün arqumentlərdən istifadə etmək üçün şərait yaradılmalıdır. Əks təqdirdə “Altılığ”ın müzakirələrinə uyğun olaraq hərəkət etməli olacağıq”,- deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar