İranın sabiq vitse-prezidenti həbsə atılıb
19 Mart 2010 Cümə 21:25
Appelyasiya məhkəməsi Hüseyn Maraşinin cəzasını qüvvədə saxlayıb
Ölkənin aparıcı islahatçılarından olan İranın sabiq vitse-prezidenti Hüseyn Maraşi ötən ilki mübahisəli prezident seçkilərindən sonra baş verən etiraz nümayişləri zamanı İslam Respublikasına qarşı təbliğat aparmağa görə məhkum edilib. Appelyasiya məhkəməsi onun bir illik həbs cəzasını qüvvədə saxlayıb.
Hüseyn Maraşi islahatpərəst prezident Məhəmməd Xatəminin hökumətinin üzvü idi və o, müxalifət lideri Mirhüseyn Musəvini dəstəkləyirdi.

Bu arada İranın müxalifət lideri Mirhüseyn Musəvi qarşıdan gələn İran yeni ili ərzində islahatlar uğrunda kampaniyasını davam etdirəcəyini bildirib. İranda yeni ilin gəlişini bazar ertəsi qeyd edirlər. Öz internet səhifəsində veridyi bəyanatda o bildirib ki, geri çəkilmək islama və şəhidlərin qanına xəyanət olardı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar