İranın polis rəisi müxalifətə xəbərdarlıq edib
30 Dekabr 2009 Çərşənbə 11:35
“Biz indiyə qədər qarşıdurma yaradanlarla yumuşaq rəftar etmişik, amma bundan sonra müxalifətin hər hansı küçə yürüşünə polisin reaksiyası sərt olacaq”.
APA-nın “FARSNEWS”a istinadən verdiyi məlumata görə, bunu İran polisinin rəisi İsmail Həmidi Müqəddəm deyib. İ. H. Müqəddəm bildirib ki, polis indiyə qədər Tehran şəhərində qarışıqlıq yaradanlara öz gücünü göstərməyib və müxalifət də bundan sui-istifadə edərək özünün şər niyyətini həyata keçirmək istəyib. O, bundan sonra “xalqa və dövlətə xəyanət edənlər”in polis tərəfindən layiqli cavablarını alacaqlarını açıqlayıb.

İ. H. Müqəddəm dekabrın 27-də Tehran şəhərində 120 polis əməkdaşının yaralandığını, onlardan 60 nəfərinin xəstəxanalarda müalicə olunduğunu, 500 nəfərin saxlanıldığını söyləyib. Onun sözlərinə görə, polis Aşura günü belə bir hadisənin baş verəcəyini gözləmirdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar