İranın pilotsuz təyyarəsi
14 May 2014 Çərşənbə 16:56
“RQ170” pilotsuz təyyarənin oxşarını yaradılıb.
İranlılar “RQ170” pilotsuz təyyarənin oxşarını yaradıblar.

İranlı təqdiqatçılar 2011-ci ilin dekabr ayında ələ keçirilən ABŞ (Amerika Birləşmiş Ştatları)-a məxsus pilotsuz təyyarənin ANS TV- nin məlumatına görə, tam funksional surətini yaratmağa nail olub və bu təyyarə İnqilab Keşikçilər korpusunun “hərbi-kosmik” qüvvələrinin sərgisində nümayiş olunub.

Keşikçi Korpusun Aerokosmik Qüvvələrində çalışan təqdiqatçılar iki ilə yaxın müddətdə Amerikanın ən müasir “RQ170” pilotsuz təyyarəsinin oxşar nümunəsini yaratmağa müvəffəq olublar. Baxmayaraq ki, ABŞ rəsmiləri dəfələrlə qeyd etmişdirlər ki, İran bu təyyarənin surətini yaratmağa qadir deyil.

Ali dini lider Ayətulla Uzma Əli Xameneyi yeni uçan aparatın kəşfiyyat tapşırıqları üçün mühüm vasitə olduğunu deyib.

İran artıq bir neçə ildir ki,“milli pilotsuz təyyarələr” in istehsalı proqramını həyata keçirir. Artıq istehsal olunmuş bəzi “dronlar” bir neçə yüz kilometr məsafəni qətt edə bilir və müxtəlif balistik raketlərlə təchiz olunub.

Qeyd edək ki, surəti yaradılmış ABŞ (Amerika Şirləşmiş Ştatları)-a məxsus pilotsuz təyyarə Sentinel 2011-ci ildə İran ordusu tərəfindən yerə endirilib. Həmin dronun İrana nüvə obyektlərinə havadan baxış keçirmək məqsədilə göndərildiyi güman edilirdi. İranda həmin vaxt cavab olaraq öz pilotsuz təyyarəsini Fars körfəzinə göndərərək amerikanın hərbi təyyarə daşıyan gəmisnin şəkillərini çəkməyə nail olmuşdu ki, bu da İranın hərbi sənayesi üçün böyük bir uğur hesab edilirdi. Bütün bu addımlarla isə İran Amerikaya heç də zəif düşmən olmadığını göstərməyə çalışır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar