İranın paytaxtı yeni şəhərə köçürüləcək
21 Oktyabr 2013 Bazar Ertəsi 23:44
Tehranın əhalisinin sürətlə artması paytaxtın köçürülməsi məsələsini gündəmə gətirib.
İranda ölkənin siyasi mərkəzini Tehrandan başqa şəhərə köçürmək qərarına gəliblər. ANS PRESS “Rosbalt”a istinadən bildirir ki, bu barədə İran parlamentinin inkişaf komitəsinin üzvü Əhsən Ələvi bildirib. Onun sözlərinə görə, millət vəkilləri ölkə paytaxtı üçün yeni şəhər axtarırlar.

Tehranın əhalisinin sürətlə artması paytaxtın köçürülməsi məsələsini gündəmə gətirib. Nəticədə dövlət idarələrinin başqa şəhərlərə köçürülməsinin vacibliyi ortaya çıxıb. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 mln adam yaşayır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar