İranın paytaxtı köçürülür
16 Noyabr 2013 Şənbə 17:34
İran Parlamentinin 50 nümayendesi planın prioritet mesele kimi müzakireye çıxıarılması telebi ile müraciet edibler.
İran Parlamentinin 50 nümayendesi ölkenin siyasi merkezinin Tehrandan başqa şehere köçürmek planının prioritet mesele kimi müzakireye çıxıarılması telebi ile müraciet edibler. Trend-in "Fars" agentliyine istinaden verdiyi melumata göre, bunu İran Parlamentinin Hüquq komissiyasının üzvi ebülfezl ebuturabi deyib.

ebuturabi bildirib ki, müzakire olunacaq layihe tesdiqlenerse, Prezidentin başçılığı ile 14 neferlik işçi qrup paytaxtın köçürülmesi meselesini herterefli araşdıracaq ve bir ilden sonra araşdırmaların neticesini parlamente teqdim edecek.

Qeyd edek ki, Tehranın ehalisinin süretle artması ve şeherin zelzele zonasında yerleşmesi nezere alınaraq bundan evvel paytaxtın köçürülmesi haqqında teklifler ireli sürülmüşdü. Resmi melumatlara göre, hazırda Tehranda 12-13 milyon nefer yaşayır.

İranın sabiq prezidenti Mahmud ehmedinejadın hakimiyyeti dövründe Tehranda yaşayan 200 min dövlet qulluqçusunun paytaxtdan çıxarılması layihesinin icrasına başlanılsa da, layihe yarımçıq qaldı.

İran KİV-de bunan önce paytaxtın Tebrize köçürülmesi haqqında xeberler yayılmışdı. Lakin helelik paytaxtın hara köçürülmesi barede deqiq melumat verilmir.

İranda tez-tez güclü zelzeleler baş verir. Son zamanlarda en güclü zelzele 2003-cü ilin dekabrında Kirman eyaletinin cenub-şerqinde yerleşen Bem şeherinde baş verib. Zelzele neticesinde 31 min insan ölmüş ve palçıqdan tikilen qedim qala dağılmışdı.

Ölkede en dağıdıcı zelzele 1990-cı ilin iyun ayında Rixter cedveli üzre 7,7 bal gücünde baş verib. Zelzele neticesinde 37 min insan helak olmuş, Gilan ve Zencan eyaletlerinde ise 100 minden çox insan xesaret almışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar