İranın Parisdəki səfiri Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyun 2009 Bazar Ertəsi 18:00
İranlı diplomat ölkəsində baş verənlərlə bağlı izahat verəcək

İranın Parisdəki səfiri bazar ertəsi İranda keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı izahat vermək üçün Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb. ANS PRESS-in “Frans Press”ə istinadən yaydığı məlumata görə, Fransa və onun avropalı tərəfdaşları səsvermə zamanı yaranan qanun pozuntuları ilə bağlı şübhələri aradan qaldıra biləcək dəqiq cavablar gözləyir.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Bernar Kuşner İranda prezident seçkiləri zamanı mümkün ola biləcək pozuntuların araşdırılması xahişi ilə Avropa İttifaqının müvafiq strukturuna müraciət edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar