İranın nüvə zavodunda partlayış: 240 fəhlə yerin altında qalıb
26 Yanvar 2013 Şənbə 18:57
Rəsmi Tehran hadisəni təxribat hesab edir.
İranın Fordo həhərində uranın zənginləşdirilməsi ilə məşğul olan yeraltı zavodda partlayış baş verib. ANS PRESS-in "İSRAland" portalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 240 fəhlə yerin 90 metr dərinliyində qalıb. Zökumət zavodun 24 kilometr radiusunda hərəkəti dayandırıb.

Amerikanın WND xəbər saytının məlumatına görə, partlayış çərşənbə axşamı baş versə də, bu barədə məlumat hələ indi üzə çıxıb. Yerin altında qalan fəhlələrin aqibəti ilə bağlı heç bir məlumat verilmir.

İran tərəfi təxribat versiyasının üzərində dayanır. Məlumata görə, partlayış uranın zənginləşdirilməsi zalında baş verib.

İran prezidenti partlayışdan dərhal sonra kəşfiyyat xidmətməli və nüvə proqramı rəhbərlərinin iştirakı ilə fövqəladə toplantı keçirib.

İran kəşfiyyatının yüksək rütbəli əməkdaşı Həmidrza Zəkarinin sözlərinə görə, onlar partlayışın sabotaj olduğu qənaətindədirlər. O bildirib ki, Tehran tərəfindən İsrail Mossad-ına soxulan casus məlumat verib ki, İsrail İranın nüvə obyektlərində sabotaj aksiyalarını fəallaşdırmaq qərarına gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar