İranın nüvə problemi həll olundu
17 May 2010 Bazar Ertəsi 11:25
İran, Türkiyə və Braziliya XİN rəhbərləri saziş imzalayıblar.
Zənginləşdirilmiş uran mübadiləsi ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, İranın xarici işlər naziri Manuçöhr Motakki və Braziliya xarici işlər naziri Celso Amorum arasında Tehranda keçirilən və 18 saat davam edən görüş nəticə verib. Görüşdən sonra uranın mübadiləsi ilə əldə edilmiş formul əsasən tərəflər arasında saziş imzalanıb.
İmzalanma mərasimində İran prezidenti Mahmud Əhmədinejad, gözlənilmədən İrana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliyanın prezidenti Lula Da Silva da iştirak edib.

İmzalanan razılaşmaya görə, uran mübadiləsi Türkiyədə həyata keçiriləcək. Razılaşmanın detalları isə açıqlanmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar