İranın nüvə məsələsi ilə bağlı danışıqların nəticələri açıqlanıb
15 Aprel 2012 Bazar 18:43
Tehrandan daha çox öhdəliklərin tələb olunacağı güman edilir.
İranın qalmaqallı nüvə proqramı ilə bağlı İstanbulda baş tutmuş danışıqların yekununda Avropa və İrandan olan rəsmilər nəticələrin məqbul olduğunu açıqlayıb. 5+1 qrupunun İranla növbəti görüşü mayın 23-ü Bağdad şəhərinə təyin etməsi, Qərbin Fars körfəzi ölkəsinə qarşı sanksiyaları sərtləşdirdiyi və İsrailin hərbi müdaxilə hədələri fonunda, İranın nüvə proqramı danışıqlarında nəzərəçarpacaq irəliləyişin baş verdiyini deməyə əsas verir.
Altılığın növbəti danışıqlar mərhələsində uran zəngilləşdirilməsinin atom bombasının istehsalına doğru yönəldilməsi haqqında şübhələri aradan qaldırmaqdan ötrü rəsmi Tehrandan daha çox öhdəliklərin tələb olunacağı güman edilir. Görüşlərdən sonra Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton danışıqları konstruktiv adlandırıb. İstanbuldakı danışıqlarda iştirak edən İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili isə hər hansı bir nəticədən danışmağın tez olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: