İranın neftkimya kompleksində partlayış olub
25 İyul 2010 Bazar 19:25
Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir.
İranın atom elektrik stansiyanın yerləşdiyi Buşer əyalətindəki Xark Neftkimya Kompleksində partlayış olub. Hadisə nəticəsində 4 nəfər həlak olub. İlkin ehtimallara görə, partlayışa mərkəz blokda baş verən yüksək təzyiq səbəb olub. Hazırda yanğın söndürülüb.
Yerli rəsmilər bildirib ki, meyitlərdən 3-ü dağıntılar altından çıxarılıb, biri isə hələ tapılmayıb.
Qeyd edək ki, 400-dən artıq insanın çalışdığı kompleks ərazini elektrik enerjisi ilə təmin edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: