İranın Mazandaran əyalətində zəlzələ baş verib
12 Yanvar 2012 Cümə Axşamı 01:43
Zəlzələ nəticəsində dağıntı və insan təlafatı olmasa da bölgədə yeraltı təkanlar davam edir.
İranın Mazandaran əyalətində zəlzələ baş verib. Rəsmi “İRNA” agentliyinin yaydığı məlumata görə, yerli vaxtla saat 20.38-də qeydə alınan yeraltı təkanların şiddəti 4.8 bal gücündə olub. Əyalətin mərkəzində və şərqində hiss edilən zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub. Zəlzələdən sonra İran “Qırmızı aypara” cəmiyyəti və təcili yardım heyəti həyəcan siqnalı verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində dağıntı və insan təlafatı olmasa da ərazidə yeraltı təkanlar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar