İranın gözü yolda qaldı
20 May 2010 Cümə Axşamı 17:10
Tehran S-300 raket komplekslərini ümumiyyətlə almaya bilər.
İran səbirsizliklə gözlədiyi S-300 raket komplekslərini ümumiyyətlə əldə etməyə bilər. Ekspertlərin fikrincə, İranın nüvə proqramına qarşı irəli sürüləcək sanksiyalar Rusiyanın raket komplekslərini tədarük etməsinə qadağa qoya bilər.
Mütəxəssislər iddia edir ki, bu raket kompleksləri Amerika və İsrail hərbçilərinə İranın nüvə mərkəzlərinə havadan zərbə endirməyə mane olacaq.
Qeyd edək ki, S-300 raket kompleksləri Rusiya ilə İran arasında gərginliyin yaranmasına səbəb olub. Bu komplekslər Buşehrdəki AES üçün müdafiə xarakterli silahlardır. Bir neçə il bundan öncə Rusiya ilə İran arasında 800 milyon dollar dəyərində beş S-300 zenit raket sisteminin alınmasına dair müqavilə imzalanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: