İranın ən iri neft yataqlarından biri yanır
02 Yanvar 2010 Şənbə 14:35
Neftin bir çox yaşayış məntəqələrini içməli su ilə təmin edən çaya qarışması ekoloji fəalkətə çevrilə bilər
İranın Huzestan əyalətinin cənub-qərbindəki Marun neft yatağında yanğın başlayıb. “Mehr” agentliyinin məlumatına görə, İranın ən iri neft yataqlarından birinin 104 saylı quyusundakı yanğını söndürmək mümkün olamayıb. Yanğının ekoloji fəlakətə çevrilməsinə - neftin Huzestan əyalətinin bir çox yaşayış məntəqələrini içməli su ilə təmin edən çaya qarışmasına imkan verməmək üçün tədbirər görülür.
Mütəxəssislərin fikrincə, yanğın o qədər güclüdür ki, onun tam söndürülməsinə təxminən 20 gün vaxt lazımdır. İRNA agentliyinin məlumatına görə, 700 metr dərinliyində olan 104 saylı neft quyusu 40 il əvvəl qazılıb. Yantından əvvəl partlayışın baş verdiyi bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: