İranın dini lideri nüvə aliminin qətlində ABŞ və İsraili günahlandırdı
13 Yanvar 2012 Cümə 01:24
Əli Xameneyi: “Cinayətin günahkarları cəzalandırılacaqlar”.
İranın ali dini lideri ayətullah Əli Xameneyi Tehranda nüvə aliminin qətlinin günahkarlarının cəzalandırılacağını bəyan edib. ANS PRESS-in İRNA agentliyinə istinadən verdiyi məlumata görə, o, cinayətdə ABŞ və İsrailin xüsusi xidmət orqanlarının əlinin olduğunu da bildirib. “Bu qorxaq cinayət Mərkəzi Kəşfiyyat İdarəsi və Mossad-ın dəstəyi ilə planlaşdırılıb və ya həyata keçirilib”, - Əli Xameneyi deyib.

Qeyd edək ki, iki gün əvvəl rəsmi Tehran İsrail və ABŞ-ı nüvə aliminin ölümü ilə nəticələnən partlayışda əli olmaqda ittiham edib. İran hakimiyyəti bəyan edib ki, hadisə İranın nüvə kursunun dəyişməsinə səbəb olmayacaq.

ABŞ və müttəfiqləri hesab edirlər ki, İranın dinc nüvə proqramı nüvə silahının istehsalına yönəlib. Rəsmi Tehran isə bu proqramın dinc məqsədlərə xidmət etdiyini bildirir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar