İranın daxili işlər naziri Ermənistana gedir
20 Oktyabr 2011 Cümə Axşamı 12:04
Səfər çərçivəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi gündəmdə olacaq.
İranın daxili işlər naziri Mustafa Muhammed Nəcar Ermənistana səfər edəcək. ANS PRESS-in erməni kütləvi informasiya vasitlərinə istinadən verdiyi xəbərə görə, iranlı nazir noyabrın 6-7-də Ermənistana ikigünlük səfər edəcək.
Qeyd edək ki, səfər Ermənistan daxili işlər nazirinin təşəbbüsü ilə keçirilir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi, eləcə də sərhədboyu ərazilərdə təhlükəsizliyə dair əməkdaşlıq müzakirə olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: