İranın ali lideri Ayatullah Əli Xamneyi siyasətçiləri ölkədəki təhlükəsizliyi sarsıtmamağa çağırıb. O, İran elitasıın iyun seçkilərindən sonra başlanan qarmaqarışıqlıq vəziyyətində düzgün mövqe tutmasının vacibliyini qeyd edib. «Onlar bilməlidir ki, düşmənlərə kömək edə biləcək istənilən söz, hərəkət və ya təhlil bu millətə qarşıdır. Biz öz dediklərimizdən və göstərdiyimiz mövqeyə görə ehtiyatlı olmalıyıq».
Xamneyi nitqi zamanı konkret adlar çəkməsə də, onun sözlərinin seçkilərdə qalib gəlməsini iddia edən Mir Hüseyn Musəviyə və ötən şənbə cümə namazı zamanı ölkə rəhbərliyini tənqid edən Əkbər Haşimi Rəfsancaniyə istiqamətləndirməsi bəlli olub.
Prezident Mahmud Əhmədinejat yenidən seçilməsini qanuni adlandıraraq, nəticələr ətrafında müzakirələrin aparılmasına son qoymağı tələb edib.
Qeyd edək ki, Musəvi və onun tərəfdarları Əhmədinejatın seçkilərdə saxtakarlıqla qalib gəlməsini iddia edərək, gələn ay onun formalaşdıracağı höküməti qeyri-qanuni adlandırıb. /ANS TV/