İranın ali dini liderindən Suriya fətvası
04 Dekabr 2011 Bazar 04:02
Ayətullah Xameneyi hamını Suriya mallarını almağa çağırıb.
İranın ali dini lideri, ayətullah Seyyid Əli Xameneyi müsəlmanları Suriya istehsalı olan məhsulları almağa çağıran fətva verib. Fətvanı Türkiyənin İrandakı səfiri açıqlayıb. O, “Facebook”dakı bloqunda yazıb ki, fətvadan sonra İran bütün Suriya məhsullarını almağ abaşlayıb.
İranlı ayətullahlar fətvalarla ərəb ölkələri, Türkiyə və Qərbin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi blokada və embarqoya qarşı çıxmağa çalışırlar.
Bu arada isə Küveytin “al-Seyassah” qəzeti məlumat yayıb ki, Dəməşqdə Bəşər Əsədin İran və Şimali Koreya rejimlərinin nümayəndələri ilə gizli görüşü keçirilib. Görüşdə Suriyaya raket və digər hərbi məhsulların çatdırılması imkanları və bu sahədəki problemlər müzakirə edilib.
DOSTLARINLA PAYLAŞ: