İrandan Türkiyəyə təhdid gəldi
08 İyul 2012 Bazar 12:39
Əmir Hüseyn Qazizadə: "Türkiyə Suriyaya hücum edərsə, Tehran buna qarşı səssiz qalmayacaq".
İran prezidenti Mahmud Əhmədinejada yaxın "Paydari" partiyasından Məhşəd şəhəri üzrə deputat seçilmiş Əmir Hüseyn Qazizadə Türkiyəni hədələyən açıqlama ilə çıxış edib.

ANS PRESS İranın "İsna" xəbər agentliyinə istinadən bildirir ki, Qazizadə deyib: "Türkiyə Suriyaya hücum edərsə, Tehran buna qarşı səssiz qalmayacaq və cavab addımı atacaq".
Ankaranın ABŞ-ın oyununu oynadığını, son bir neçə ayda imperialistlərin əlində oyuncağa çevrildiyini iddia edən Əmir Hüseyn Qazizadə Türkiyəni hədələyib: "Türkiyə başına macəra axtarmasın".



DOSTLARINLA PAYLAŞ:

oyunlar