İrandan Suriyaya uçan təyyarə İraqda saxlandı
11 Aprel 2013 Cümə Axşamı 04:02
Hüquq-mühafizə orqanları Bağdada endirilən təyyarədə axtarış aparıblar.
İraq tərəfi İran təyyarəsini Bağdadda enişə məcbur edib. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, təyyarə Suriyaya uçurmuş. İraqın baş nazirinin rəsmi nümayəndəsi Əli əl-Musəvinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz silah daşınması şübhəsi ilə təyyarənin göyərtəsində axtarış aparsalar da, heç nə tapmayıblar.

Qeyd edək ki, son üç gündə İraq tərəfi iki İran təyyarəsini saxlayıb. Ötən ay ABŞ-ın dövlət katibi Con Kerri İraq hökumətinə Tehranın Bəşər Əsəd rejimini silahla təmin etməsinin qarşısının alınmasına səy göstərilməsi xahişi ilə müraciət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar