İrandan Dağlıq Qarabağaağ ölüm daşınır
15 Fevral 2011 Çərşənbə Axşamı 23:28
Narkotik maddələr işğal olunmuş ərazilərdən Gürcüstan vasitəsi ilə Avropa və Rusiyaya aparılır
Azərbaycan narkotiklərə qarşı İranla birgə mübarizə aparmağa çalışsa da, qarşı tərəf son 5-6 ildə bu məsələdə çox da böyük həvəslə əməkdaşlıq etmir. Üstəlik İran ərazisindən daşınan narkotiklər Azərbaycanın işğal olunmuş əraziləri vasitəsi ilə Avropaya nəql olunur. Mövcud durumu analiz edən BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının Azərbaycan üzrə nümayəndəsi Məzahir Əfəndiyev bu qənaətə gəlib. O bildirib ki, İrandan gətirilən narkotiklərin bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır.

M.Əfəndiyevin sözlərinə görə, İran-Azərbaycan sərhədindən narkotik maddələrin qaçaqmalçılığına meyllər hələ də var.

“Təəsüflər olsun ki, Əfqanıstanda hazırlanmış narkotiklər məhz işğal olunmuş ərazilərə, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olmayan Dağlıq Qarabağa daşınır və Gürcüstan vasitəsi ilə Avropaya, Rusiyaya keçirilir”, - deyə M.Əfəndiyev əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar