İrandan ABŞ-a sonuncu xəbərdarlıq
04 Yanvar 2012 Çərşənbə 11:48
Ayatolla Salehi: İkinci dəfə xəbərdarlıq etməyəcəyik.
İran ABŞ-a xəbərdarlıq edib. İslam ölkəsi Birləşmiş Ştatların təyyarə gəmisinin Fars körfəzinə gələcəyi təqdirdə aviazərbələrlə cavab verəcəyini bildirib. Reuters-in məlumatına görə, bu bəyanatla İran ordusunun baş komandanı ayatolla Salehi çıxış edib. Salehi deyib ki, İran ikinci dəfə xəbərdarlıq etməyəcək.
Salehi bu bəyanatını ongünlük hərbi təlimlərin yekununda səsləndirib, elə Birləşmiş Ştatlara məxsus hərbi gəmi də həmin vaxt aşkar edilib. Ayatolla gəminin adını çəkməyib, lakin o qeyd edib ki, İranın təlimlərinə görə ABŞ-ın təyyarə gəmisi Oman körfəzini tərk etməli olub.
Bu arada KİV-lər yazıb ki, Hörmüz boğazında Ərəb dənizinə aralarında “Con Stennis” atom təyyarəsi olan iki gəmi daxil olub. Hər iki gəmi ABŞ-ın Beşinci donanmasının fəaliyyətində iştirak edir və bazası Bəhreyndə yerləşir.
DOSTLARINLA PAYLAŞ: