İrandakı hadisələrin arxasında kim var?
21 İyun 2009 Bazar 16:15
Qərb mətbuatı bu şəxsin İranın keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani olduğunu yazır

 

İranda baş vermiş hadisələr, kütləvi küçə etirazlarının arxasında İran İslam Respublikasının keçmiş prezidenti, nüfuzlu dini şəxs Haşemi Rəfsəncani durur. Bu barədə Associated Press yazır.

H. Rəfsancani müxalifət çıxışları başlayandan bəri bir dəfə də olsun camaat qarşısında çıxış etməyib, baxmayaraq ki, onun qızı mitinqlərdə aktiv iştirak edib. Bununla belə Rəfsancaninin indiki prezident Mahmud Əhmədinejada qarşı olan mənfi mövqeyi hamıya yaxşı tanışdı.

İranın Ali dini lideri Ayotolla Ali Xamenei iyunun 19-da camaata müraciətində "kulisarxası" əleyhdarını xatırladaraq, onu İslam inqilabının yaradıcısı kimi təqdim edərək Rəfsancani ilə fikir ayrılıqlarının olduğunu bir daha təkrar edib.

Qərb politoloqlarının fikirncə, H.Rəfsancanidə olan hökmranlıq ehtiyatı müxalifətə müdafiə dərəcəsi imkanı verir. Mahmud Əhmədinecad və Mir Hüseyn Musavi isə sadəcə bir-birlə yarışan dini elitanın siyasi nümayəndələridir.

Haşemi Rəfsancani İslan İnqilabının “atası” adlandıran ayatolla Ruhulla Xomeninin yaxın tərəfdarlarından biri olub. 1989-1997-ci illrdə İrana rəhbərlik edib və 2005-ci ildə seçkiləri Mahmud Əhmədinejata uduzub. Çox nüfuzlu vəzifəyə sahiblik edən Rəfsancaninin “praqmatik”ləri düşərgəsinə aiddir, İslam İnqilabı İdeyaların sadiq, amma İranın daha pozitiv obrazını yaratmaq üçün qərblə kompromisslərə gedə biləcək şəxs olduğu bildirilir.

Xatırladaq ki, hazırda Tehranda və İranın digər iri şəhərlərində müxalifətin etiraz aksiyaları davam edir. İran polisi nümayişiləri dağıtmaq üçün gözyaşardıcı qazdan, su şırnaqlarından və dəyənəklərdən istifadə edir. Qərb jurnalistlərinin paytaxt Tehrana girişi məhdudlaşdırılıb. /ANSPRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar