İranda zorlamaya görə iki nəfər edam ediləcək
30 Yanvar 2010 Şənbə 11:20
İranın paytaxtı Tehran şəhərində bir qadına və qızına təcavüz edən 2 nəfər edam olunacaq.
APA-nın “İSNA”ya istinadən verdiyi məlumata görə, bunu Tehran şəhər prokurorunun müavini Fəxrəddin Cəfərzadə açıqlayıb. O bildirib ki, 2009-cu ilin oktyabr ayında Məsud və Məhəmməd adlı iki şəxs Tehranın Ləvasan məntəqəsində bir evə basqın edərək evi qarət etdikdən sonra ev sahibininin gözü qarşısında həyat yoldaşını və qızını zorlayıb.
Uzun sürən axtarışlardan sonra cinayəti törədən iki nəfər yaxalanıb. İstintaq materialları toplanaraq Tehranın 72 saylı İnqilab Məhkəməsinə göndərilib. Məhkəmə cinayəti törədənlər haqqında ölüm hökmü çıxarıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar